fim.az

Həbsdə olan İnterpol rəisinin xanımı: “Təhlükədəyəm”

11-10-2018, 12:13

Həbsdə olan İnterpol rəisinin xanımı: “Təhlükədəyəm”
















İnterpolun rəisi Menq Honqvey Çində korrupsiya ittihamı ilə bağlı saxlanılmışdı.
Onun həyat yoldaşı Qreys Menq “CNN” kanalına müsahibə verib.

Qreys həyatının təhlükədə olduğunu bildirib. Fransanın Lion şəhərində yaşayan qadın ərinin itkin düşməsindən sonra bir xarici vətəndaş tərəfindən telefonda təhdid edildiyini bildirib. Telefonla Qreysə zəng edən şəxs onun iki qrup tərəfindən izlənildiyini bildirib. 7 yaşında iki əkiz övladı olduğunu bildirən qadın onlar üçün narahat olduğunu deyib. Uşaqlara heç nə demədiyini və onları televizordan uzaq saxladığını qeyd edən Qreys ərinin Çinə gedəndə “Whatsapp”dan bıçaq fotosu göndərdiyini bildirib.
Çinin xarici işlər nazirliyinin mətbuat katibi Lu Kanq Menq Noqveyin xanımının təhlükə altında olması ilə bağlı xəbərlərinin olmadığını bildirib. Lu eyni zamanda Çin konsulluğu əməkdaşlarının Qreysə əlaqə qurmalarının təbii olduğunu qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 230}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22