fim.az

ABŞ-la Türkiyə razılığa gəldi

1-11-2018, 09:33

ABŞ-la Türkiyə razılığa gəldi













Ankara ilə Vaşinqton arasında amerikalı pastor Endryu Bransonun sərbəst buraxılması və ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının ləğvinə dair razılaşma əldə olunub.

Bu barədə The Washington Post nəşrinin adları açıqlanmayan amerikalı rəsmilər və digər mənbələrə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Branson artıq oktyabrın 12-də növbəti məhkəmə iclasından sonra azadlığa çıxa bilər.

Buna cavab olaraq ABŞ administrasiyasının Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğvinə və bu cür qərarların qəbul edilməməsinə dair öhdəlik götürdüyü iddia olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 324}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22