fim.az

Hokinq ölümündən əvvəl bəşəriyyətə qorxunc təhlükədən yazdı

15-10-2018, 11:04

Hokinq ölümündən əvvəl bəşəriyyətə qorxunc təhlükədən yazdı

















Məşhur fizik Stiven Hokinq ölümündən əvvəl DNK-sı dəyişdirilmiş “super insanlar”ın planeti zəbt edəcəyindən qorxusunu ifadə edib.

Oxu.Az-ın xəbərinə görə, alim bu barədə sonuncu kitabında yazıb.

“Ciddi suallara qısa cavab” adlı kitab oktyabrın 16-da dərc ediləcək.

Kitabda fizik gələcəkdə insanların DNK-larını dəyişdirəcəklərindən və orqanizmlərinin müxtəlif xüsusiyyətlərinin gücləndirəcəklərindən yazıb.

“Ehtimal ki, gələcəkdə genetik mühəndisliyə qarşı qanunlar tətbiq ediləcək. Lakin bəziləri insani keyfiyyətlərini yaxşılaşdırmaq üçün (xəstəliklərə qarşı mübarizə və ömrün uzadılması) bu qanunlardan kənara çıxacaqlar”, – “The Sun” qəzeti kitabdan sitat gətirir.

Hokinqin fikrincə, “super insanlar”ın yaradılması adi insanların aşağı kastada formalaşmasına, daha sonra isə onların məhv olmasına səbəb olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 324}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22