fim.az

Angela Merkelin təyyarəsində texniki nasazlıq — Yerlə əlaqə kəsildi

30-11-2018, 11:06

Angela Merkelin təyyarəsində texniki nasazlıq — Yerlə əlaqə kəsildi
















Almaniyanın baş naziri Angela Merkelin təyyarəsində texniki nasazlıq üzə çıxıb.
Nasazlıq təyyarənin Yerlə əlaqəsinə cavab verən bütün sistemlərə təsir edib. Bu xəbəri “Spiegel” jurnalı yayıb.

Məlumata əsasən, təyyarədə problem o qədər ciddi olub ki, bu barədə dərhal müdafiə naziri Ursula fon der Lyayen məlumatlandırılıb. Təyyarə Köln hava limanına endirilib və əraziyə yanğından mühafizə briqadaları cəlb edilib.

“Welt” qəzeti yazır ki, təyyarənin pilotu uçuşdan 20 dəqiqə sonra 7600 qəza kodu göndərib. Bu kod avia dispetçerlə əlaqənin itdiyini bildirir.
Qeyd edək ki, Angela Merkel Buenos-Ayresdə keçirilən “G 20” sammitinə uçurmuş.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 375}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22