fim.az

Alimlərdən xəbərdarlıq — Yerin oxu çevrilə bilər

8-12-2018, 14:20

Alimlərdən xəbərdarlıq — Yerin oxu çevrilə bilər
















Fransa və Danimarkadan olan bir qrup alim Yerin oxu ilə bağlı son tədqiqatın nəticələrini açıqlayıblar.
Alimlərin hesabatı Avropanın “Horizon-2020” saytında dərc edilib. Hesabata əsasən, əgər planetin maqnit sahəsi daha 90% azalsa, o zaman Yer oxunun çevrilməsi qaçınılmaz olacaq. Bu isə yaxın bir neçə yüz il ərzində baş verə bilər.

Yerin maqnit sahəsi son 3 min il ərzində zəifləyib. Geoloqların fikrinə əsasən, növbəti illərdə də bu proses baş verəcək və zəifləmə min il ərzində ən kritik həddə çatacaq.
Alimlərin məlumatlarına əsasən, 450 min il və ya milyon ildən bir Yerin şimal və cənub qütbləri yerini dəyişir. Belə bir fenomenin izləri qədim gil və vulkanik küllərdə aşkar edilir.

Tədqiqatçılar əminliklə bildirirlər ki, Yerin qütblərinin yerdəyişməsi təsadüfən baş vermir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 366}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22