fim.az

Misirdə qalmaqal — Cütlük Xeops piramidasına dırmaşıb cinsi əlaqəyə girdi (FOTO / VİDEO)

10-12-2018, 12:12

Misirdə qalmaqal — Cütlük Xeops piramidasına dırmaşıb cinsi əlaqəyə girdi (FOTO / VİDEO)
















Misirdə məşhur Xeops ehramına dırmaşan cütlüyün cinsi əlaqəyə girdiyi barədə iddialar ölkə gündəminə bomba kimi düşüb.
Cütlük hamı getdikdən sonra hərəkətə keçib. Onlar piramidaya dırmaşmaq qadağan edilsə də, bu iş üçün gecəni gözləyiblər.
Fotoqraf Andre Hvid sevgilisinin piramidaya dırmaşmasını çəkib. Çətinliklə piramidanın zirvəsinə qalxan cütlük bunu qeyd ediblər. Amma bununla da kifayətlənməyiblər. Gənc qadın fotoqraf sevgilisinə çılpaq pozalar verib. Sonra isə cütlük piramidanın zirvəsində cinsi əlaqəyə girib. Danimarkalı fotoqrafın görüntüləri sosial şəbəkədə geniş rezonansa səbəb olub. Hadisə Misirdə sərt reaksiyalara səbəb olub. Misirin Qədim Əsərlər nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Nazirliyin keçmiş işçisi arxeoloq Zahi Havas isə görüntülərin fotoşop hiyləsi olduğunu bildirib:

“Yüz faiz fotoşopda hazırlanıb. Gecə yarısı piramidaya daxil olmaq üçün yol yoxdur. Bundan başqa Xeops ehramında daşlar yoxdur. Görüntülərdəki daşlar çox kiçikdir”.
Qeyd edək ki, 2016-cı ildə də bir alman piramidaya dırmaşdığı üçün həbs edilmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 95}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22