fim.az

Türkmənistan prezidenti yeni doğulan dayçaya şer həsr etdi

11-01-2019, 11:12

Türkmənistan prezidenti yeni doğulan dayçaya şer həsr etdi
















Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmədov “Rovaç” adlı şer yazıb.
Şer 2019-cu ilin 1 yanvar tarixində doğulan at balasına həsr edilib. Bu barədə Türkmənistan hökumətinin rusdilli “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Qəzetin birinci səhifəsində dərc edilən şer bir müddət əvvəl Türkmənistanın xarici işlər nazirliyinin işçiləri tərəfindən dövlət başçısına hədiyyə edilən atın doğduğu dayçaya həsr edilib.
Türkmənistan liderindən yeni ilin ilk günü doğulan axaltəkə dayçasına ad qoymağı xahiş ediblər. Dayça “Türkmənistan-çiçəklənmənin vətənidir” devizi seçilən ildə anadan olduğu üçün prezident ona Rovaç adını verib. Rovaç isə çiçəklənmə, inkişaf deməkdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 370}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22