» » Venesuela xarici ölkələrlə münasibəti korlanır: Biri tanımadı, digəri nümayəndəsini çağırdı

Venesuela xarici ölkələrlə münasibəti korlanır: Biri tanımadı, digəri nümayəndəsini çağırdı

  • 11-01-2019, 12:54
  • dunya
  • 10
Venesuela xarici ölkələrlə münasibəti korlanır: Biri tanımadı, digəri nümayəndəsini çağırdı

















Çili Nikolas Maduronun yeni prezidentlik müddətini tanımır və Venesuela ilə əlaqələri aşağı səviyyədə saxlayacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Roberto Ampuero deyib.

“Bu gün Venesuelada demokratiya üçün qara gündür. Bu gün Maduro Venesuela demokratiyası üzərində bir məzar daşı ucaldıb”, – deyə Çilinin Xarici İşlər Nazirliyi nazirin sözlərini sitat gətirib.

Ampuero “Lima qrupu”nun Venesuela ilə bağlı qəbul etdiyi bəyanata bir daha sadiq olduğunu bildirib.

O eyni zamanda qeyd edib ki, Çili hazırda olduğu kimi, Venesuela ilə münasibətləri aşağı səviyyədə saxlayacaq.

Daha əvvəl Peru Venesueladakı müvəqqəti işlər vəkilini geri çağırıb, həmçinin Paraqvay Venesuela ilə əlaqələri kəsdiyini bəyan edib.

Peru hökuməti Nikolas Maduronun 2025-ci ilə qədər prezident vəzifələrinin icrasına başlamasından sonra Venesueladakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırıb.

“Perunun Venesueladakı müvəqqəti işlər vəkili, birinci katib Rosa Alvares Nunyes məsləhətləşmələr üçün Limaya çağırılıb”, – deyə məlumatda bildirilir.

Peru Maduronun yeni prezidentlik dövrünü qeyri-legitim hesab edir və müxalifətin nəzarəti altında, lakin faktiki olaraq isə ölkənin siyasi həyatından təcrid edilən birpalatalı parlamentini – Milli Assambleyanı tam dəstəklədiyini bəyan edir.

Peru XİN-i Maduro və onun administrasiyasından olan 100 məmurun ölkəyə girişinə qadağanı təsdiq edib. Perunun bank müəssisələrinə Venesuelanın maliyyə institutları ilə əlaqə yaratmaq qadağan edilib.

Bundan əvvəl Paraqvay Venesuela ilə əlaqələri kəsdiyini elan edib.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət