fim.az

Bəşəriyyət tarixində bir ilk — Ayda bioloji sınaq keçirildi

15-01-2019, 11:18

Bəşəriyyət tarixində bir ilk — Ayda bioloji sınaq keçirildi
















Ayın qaranlıq səthinə uğurlu eniş edən Çinin “Çane-4” kosmik aparatı bəşəriyyət tarixində bir ilkə imza atıblar.
Aparat ilk bioloji təcrübəni Ayın səthinə uğurla göndərib. Bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb. Aparat artıq bioloji təcrübə ilə bağlı foto da göndərib. Fotolardan məlum olub ki, pambıq toxumunun zoğunda artım müşahidə edilib. Bu isə bəşəriyyət tarixində ilk dəfə olaraq Ayın səthində ilk bioloji təcrübənin həyata keçirilməsi deməkdir.

Təcrübə üçün altı bioloji növ seçilib. Bunlar pambıq, raps (bitki növü), kartof, drozofil, maya və kələm ailəsinə məxsus bir bitki növüdür. Sonuncu fotolar isə pambıq zoğunda artımın yaxşı olduğunu göstərir.

Bəşəriyyət tarixində bir ilk — Ayda bioloji sınaq keçirildi


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 344}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22