fim.az

“Qatı terrorçu, separatçı Mixail Avakiyan dinc insanları öldürən cani olub” — Türk millət vəkili

28-01-2019, 13:49

“Qatı terrorçu, separatçı Mixail Avakiyan dinc insanları öldürən cani olub” — Türk millət vəkili

















Türk Hərəkatı Partiyasının lideri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim,millət vəkili Enes İbrahim Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılmasına sərt etirazını bildirib.
Bu barədə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

“Demokratik və hüquqi dəyərləri özünə yol seçən dövlət terrorçuya və separatçıya abidə qoymaz. Qatı terrorçu,separatçı Mixail Avakiyana dinc insanları öldürən cani olub. Qarabağda döyüşləri ilə yanaşı, Abxaziyada Gürcüstana qarşı döyüşlərdə iştirakı ilə gürcü siyasi ekspertlərinin,elm adamlarının fikirləri ilə tanış oldum. Açıq deyim ki, bu addımı Gürcüstan kimi demokratik dövlətə yarışdırmadıq. Bu insanlığa zidd addım olmaqla bərabətr, həmçinin beynəlxalq hüququ, insan haqlarını ayaq altına alır.
Azərbaycan həmişə Gürcüstanın yanında olub və onu ərazi bütövlüyünü dəstəkləyib. Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır. Onlar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Həmçinin, regional iqtisadi iri layihələr Gürcüstanın ərazisindən keçir. Bunlar Azərbaycan dövlətinin ciddi dəstəyi ilə baş tutub. Bundan gürcü xalqı yararlanır. Gürcüstan hakimiyyəti bu kimi mənfi addımlardan uzaq durmalı və əlaqələrə kölgə salan fəaliyyətləri özündən uzaqlaşdırmalıdır".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 360}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22