fim.az

Afrikada Orta əsrlərə aid şəhər tapıldı

1-02-2019, 14:39

Afrikada Orta əsrlərə aid şəhər tapıldı
















Cənubi Afrika respublikasının Vitvatersrand universitetinin alimləri Yohannesburq ətrafında daş komalar aşkar ediblər.
Alimlər bu komaların iri və inkişaf edən meqapolisin qalıqları olduğunu bəyan ediblər. Bu şəhər tarix üçün 200 ildir ki, itkin düşmüş sayılırdı. Şəhər haqqında geniş məqalı “Science Alert” portalında dərc edilib.

Kəşf “LİDAR” texnologiyası sayəsində mümkün olub. Bu texnologiya aktiv optik sistemin köməyi ilə məkanın üç ölçülü xəritəsini yaratmağa imkan verir.
Alimlərin fikrinə əsasən, Kvenenq adlı şəhərdə tsvana xalqı yaşayıb. 800 həyətin olması şəhərdə ən azı 10 min nəfərin yaşadığından xəbər verir.
Hesablamalara əsasən, Kvenenq XV əsrdən XIX əsrə qədər mövcud olub. Sonra sakinlər şəhəri tərk ediblər. Şəhərin ərazisi 20 kvadrat kilometrdir və mərkəzində iki iri bina olub. Bu binalar 10 min kvadrat metrlik ərazini əhatə edib. Alimlərin fikrinə əsasən, bu binalar kraal sayılırdı və inəklər üçün tövlə idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 317}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22