fim.az

Daha bir yüksək rütbəli xristian rahibi azyaşlı oğlan uşaqlarına təcavüzə görə həbs olunur

26-02-2019, 15:00

Daha bir yüksək rütbəli xristian rahibi azyaşlı oğlan uşaqlarına təcavüzə görə həbs olunur
















Avstraliyanın şəhər məhkəməsinin baş hakimi ölkənin ən yüksək rütbəli ruhanisi sayılan kardinal Corc Pellin uşaqlara qarşı seksual zorakılıq əməli törətməsi ilə bağlı ittiham aktının dərcinə qoyulan qadağanı götürüb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Corc Pell ittiham aktının beş bəndi üzrə günahkar hesab olunub.

Hakim Piter Krid onun 1970-1990-cı illərdə azyaşlı oğlan uşaqlarına təcavüzkar hərəkətlər törətməsi barədə verilən qərarların dərcinin vacib olduğunu söyləyib. O, 77 yaşlı kardinalın sabah polis tərəfindən məhkəmə zalındaca həbs olunub götürüləcəyini, onun girovla azad edilməsinin mümkün olmadığını dilə gətirib.

Kardinal Corc Pell haqqında son məhkəmə hökmünün mart ayında çıxarılacağı gözlənilir.

2018-ci ilin dekabr ayında isə Melburn məhkəməsi onun azyaşlı uşaqlara qarşı seksual davranışları ilə əlaqədar aşkar edilən 4 hal üzrə prosesə başlayıb. Kardinalın 1996-ci ildə Müqəddəs Kevin kollecində oxuyan iki 13 yaşlı oğlana təcavüz etdiyi ortaya çıxıb.

Qeyd olunur ki, Vatikan uzun müddət bu cür hərəkətlərə göz yumub. 2014-cü ilə qədər Corc Pell Melburn və Sidneyin arxiyepiskopu olub. Daha sonra isə o, Vatikanda İqtisadi işlər üzrə katibliyin rəhbərliyinə seçilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 301}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22