fim.az

İŞİD Ermənistanda yuva qurur – Rusiya DİN

30-03-2019, 10:12

İŞİD Ermənistanda yuva qurur – Rusiya DİN















“İslam xilafəti” qurmağa çalışan İŞİD terror təşkilatının Suriya və İraqda məğlub edildikdən sonra, yenidən təşkilatlanaraq fəaliyyətlərini davam etdirmək üçün seçdikləri ölkələr sırasında Ermənistan da var.

Azvision.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəisi Oleq İlinıx nazirliyin V.Y.Kikotya adına Moskva Universitetində keçirilən beynəlxalq konfransda hesabatla çıxış edərkən deyib.

Onun sözlərinə görə, İŞİD-ın pərakəndə halında qalan üzvləri bütün dünya üzrə teraktlar həyata keçirməyə qadir beynəlxalq terror şəbəkəsi və yatan terror hüceyrələri yaratmaq planı hazırlayırlar. Və bu prosesdə İŞİD Ermənistanda da terror yuvalarının qurulmasına maraq göstərir.

“Xilafətin Suriyada və İraqdakı strateji məğlubiyyətindən sonra İŞİD-in maraqlarının Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistan ərazilərinə transfer olunması müşahidə edilir” – rusiyalı nazir vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 354}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22