fim.az

ABŞ və İran bir-birlərinin ordularını terror təşkilatı elan etdilər

9-04-2019, 09:36

ABŞ və İran bir-birlərinin ordularını terror təşkilatı elan etdilər














ABŞ prezident Donald Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Gazeta.ru-nun məlumatına görə, ABŞ ilk dəfə başqa bir ölkənin ordusunu terror təşkilatı siyahısına daxil edib.

“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, – Tramp qeyd edib.

Bu qərara İrandan cavab gecikməyib. İranın Milli Təhlükəsizlik Ali Şurası ABŞ Mərkəzi Komandanlığını (CENTCOM) terror təşkilatı elan edib.

Şuranın açıqlamasında qeyd edilib ki, ABŞ-ın qərarı regional və qlobal təhlükəsizlik və sülh üçün təhlükəlidir


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 422}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22