fim.az

İmamoğlu-Yıldırım görüşü ailə fotosu ilə bitdi - Video

17-06-2019, 09:29

İmamoğlu-Yıldırım görüşü ailə fotosu ilə bitdi - Video


Dünən hər kəsin birnəfəsə izlədiyi Binəli Yıldırım-Əkrəm İmamoğlu debatı maraqlı sonluqla yadda qalıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, canlı yayımdan sonra Yıldırım və İmamoğlu ailəsi xatirə şəkli çəkdirib. Əkrəm İmamoğlu Binəli Yıldırım və xanımı Semiha Yıldırıma ailə fotosu çəkdirməyi təklif edib. Yıldırım isə İmamoğlunu çay süfrəsinə dəvət edib.

Fotoda diqqət çəkən məqam İmamoğlunun oğlunun Yıldırımın yanında dayanması olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 338}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22