fim.az

Rusiyada tanınmış bank sahibi öldü

21-06-2019, 09:36

Rusiyada tanınmış bank sahibi öldü


“Uraslib” bankının sahibi və Rusiyanın varlı biznesmenlərindən biri olan Vladimir Koqan dünyasını dəyişib.

Bu haqda sözügedən bankın saytında məlumat verilib. İş adamının 56 yaşında vəfat etdiyi bildirilir.

Xatırladaq ki, “Uraslib” 2018-ci ilin iyun ayında Koqanın insult keçirməsi haqda məlumat vermişdi. Həmin hadisədən sonra KİV-də onun komada olması haqda xəbərlər yayılmışdı. Bank, buna açıqlama olaraq, bildirmişdi ki, biznesmen keçirdiyi insultdan sonra reabilitasiya olunur və həyatı üçün heç bir təhlükə yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 306}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22