fim.az

3 qızını zorlayan erməni – Xaçaturyan bacılarından şok açıqlamalar

1-07-2019, 12:05

3 qızını zorlayan erməni – Xaçaturyan bacılarından şok açıqlamalar

Atalarını öldürən bacılara 20 il iş kəsilə bilər

“jam-news.net” saytı Moskvada yaşayan Xaçaturyan bacıları-18 yaşlı Mariya, 19 yaşlı Angelina və 20 yaşlı Kristina haqqında yeni xəbər yayıb. Sayt bildirir ki, bacılar öz doğma atalarını – 57 yaşlı Mixail Xaçaturyanı xüsusi qəddarlıqla öldürüblər. Xaçaturyan bacıları məhkəmə tərəfindən müqəssir bilinsə, onların hər biri 20 il iş ala bilər.

Xatırladaq ki, bir ara onlar haqqında seçilmiş qətimkan tədbiri dəyişdirilmişdi və onlar azadlığa çıxmışdı. Ancaq vəziyyət yenidən dəyişib.

Sayt bildirir ki, bacılar 2018-ci ilin iyun ayında həbs olunub. O vaxt onların atasının meyiti yaşadıqları binanın girişində üzə çıxmışdı. Əsas sual isə budu: qızlar atalarını nə üçün bu cür amansızlıqla öldürüblər?

Onlar deyir ki, atamız bizi döyərək, zorlayırdı.

“Atamız anamızdan ayrıldıqdan az sonra bizləri zorlamağa başladı. Hətta bununla da kifayətlənməyən ata 3 qızı ilə eyni vaxtda, yəni qrup halında seksual münasibətdə olmağa cəhd göstərib.” – deyə onlar bildiriblər.

Angelina deyir ki, atam məni 10 dəfə zorlayıb…

“Atamız evdə bizimlə qul kimi davranırdi. Hətta pəncərəni belə açmaq üçün bizi çağırırdı. Xüsusi zınqırovu vardı. Bizi onunla səsləyirdi” – deyə Kristina məhkəmədə verdiyi ifadədə söyləyib.

Rusiyanın başqa bir qəzeti – “Novaya Gazeta” isə yazır ki, ata Xaçaturyan yerli polislə xoş münasibətdə olub.

“jam-news.net” saytı yazır ki, Xaçaturyan bacılarının başına gələn müsibət təsadüfi deyil. Son iki ildə Rusiyada 3 min qadın bu kimi səbəblərdən qətl törətmək məcburiyyətində qalıb. Hər il təxminən 8.500 qadın öz əri tərəfindən öldürülür. Qadınların seçimi o qədər də böyük deyil: Onlar ya ölməlidirlər, ya da öldürüb məhkum olunmalıdırlar.

Sayt yazır ki, Rusiya Daxili İşlər Nazirliyinin 2012-ci ildə yaydığı məlumata görə, ev şəraitində zorakılıqla bağlı 34 min insident qeydə alınıb. 2016-ci ildə isə, bu göstərici iki dəfə artıb və 65 minə yüksəlib. 2017-ci ildə isə, yenidən geriləmə müşahidə olunub – 36 min. 2018-ci ildə bu göstərici daha da aşağı düşüb. Bunun səbəbi isə, baş vermiş döyülmə hadisələrindən sonra ərin həbs edilməməsidir. Belələri yalnız müəyyən məbləğdə cərimələnirlər. Cərimənin həcmi isə, o qədər də yüksək deyil. Elə bilin ki, avtomobil park edərkən yanlışa yol verən zaman nə qədər cərimə ödənilirsə, arvadını döyən kişi də bir o qədər cərimə edilir. Psixoloji zorakılığa – təhqir və həqarətə görə isə hər hansı cəzadan danışmağa belə dəyməz.(musavat)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 144}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22