fim.az

Ruhanilər Tbilisidə cinsi azlıq tərəfdarlarının yürüşünün qarşısını alacaq

8-07-2019, 09:36

Ruhanilər Tbilisidə cinsi azlıq tərəfdarlarının yürüşünün qarşısını alacaq

Gürcüstan ruhaniləri sabah Tbilisidə keçirilməsi planlaşdırılan cinsi azlıq tərəfdarlarının “Ləyaqət yürüşü”nün qarşısını alacaqlarını bildiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bir qrup ruhani şəhərin mərkəzində xəbərdarlıq yürüşü keçirib.

Onlar bildiriblər ki, sabah səhər saat 06:00-dan başlayaraq Tbilisinin mərkəzi prospekt və küçələrinə nəzarət olunacaq.

Ruhani David İsakadze deyib ki, LGBT tərəfdarlarının yürüşü Gürcüstan dövlətçiliyinə qarşı yönəlmiş böyük təxribatdır: “Gürcüstan əhalisinin 97 faizi bu aksiyanın keçirilməsini dəstəkləmir. Biz əxlaqsızlıq yürüşünün baş tutmasına imkan verməyəcəyik”.

Qeyd edək ki, “Tbilisi Pride” təşkilatı sabah Gürcüstan paytaxtında “Ləyaqət yürüşü”nün keçiriləcəyini elan edib. LGBT tərəfdarlarının iştirak edəcəyi yürüşün yeri və vaxtı açıqlanmayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 295}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22