fim.az

Pakistan Hindistanla hava sahəsini açdı

16-07-2019, 11:12

Pakistan Hindistanla hava sahəsini açdı

Pakistan Hindistanla davam edən qarşıdurma səbəbiylə bir neçə aylıq məhdudiyyətlərdən sonra hava məkanını vətəndaş təyyarələri üçün açıb.

Bu barədə “Times of İndia” portalı məlumat yayıb.

Pakistanın Aviasiya Təşkilatının internet saytında çərşənbə axşamı pilotlara xəbərdarlıq məqsədilə bütün mövcud qadağaların dərhal aradan qaldırıldığı ilə bağlı bildiriş yayımlanıb.

Xatırladaq ki, 26 fevralda Hindistanın iki qırıcısı Pakistanın hava məkanını pozduğu üçün vurulub. Hindistan isə Pakistanın bir təyyarəsini yerə salıb.

Bundan sonra Hindistan və Pakistan aviasiya hökumətləri sərhəd zonasında hava sahəsinin bağlandığını açıqlayıb. Bundan başqa, Pakistan İslamabad, Lahor, Multan, Feysalabad və Sialkot hava limanlarından daxili və beynəlxalq reysləri dayandırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 159}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400