fim.az

Pilot reysə gecikdi, təyyarəni sərnişin sürdü

6-09-2019, 09:29

Pilot reysə gecikdi, təyyarəni sərnişin sürdü

Böyük Britaniyanın “EasyJet” aviaşirkətinin pilotlarından biri reysə gecikib. Onun vəzifəsini sərnişin yerinə yetirməli olub.
Bizimyol.info xəbər verir ki, hadisə Mançesterdən İspaniyanın Alikante şəhərinə reys zamanı baş verib. Havada problem yaranıb, Fransada məcburi eniş etmək lazım gəlib. Əlverişli hava şəraiti yarananda isə pilot aeroporta gecikib. Vəziyyəti sərnişin Maykl Bredli xilas edib.

Əslində, Maykl adi sərnişin deyil. O da “EasyJet”in pilotudur. Sadəcə, həmin gün həyat yoldaşı və kiçik oğlu ilə məzuniyyətə gedirmiş. Bredli aviaşirkətə zəng vuraraq, təyyarəni idarə etməyə hazır olduğunu bildirib. Pilot lisenziyası və başqa uyğun sənədlər üstündəymiş. Beləcə, təyyarə tezliklə Alikantedə uğurla eniş edib.

Dünən Şotlandiyada pilotlarla bağlı daha bir maraqlı hadisə olub. Pilotların hər ikisi təyyarəyə sərxoş halda minib. İşə polis qarışıb. Hər ikisini həbs ediblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 44}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22