fim.az

Çində məscidləri dağıdırlar

23-09-2019, 10:15

Çində məscidləri dağıdırlar

Çində məscid və minarələri məhv edirlər.
Bu barədə Lenta.ru "Independent" nəşrinə istinadən xəbər verir.

Belə ki, Daxili Monqolustan, Xenyean, Ninsya və Hansu vilayətlərindəki dini tikililər məhz edilməkdədir. Məsələn, "Çinin kiçik Məkkəsi" adlandırılan Linsya şəhərinin kənarındakı kənddə minarələr dağıdılıb. Burada Çinin müsəlmanlarının ən böyük hissəsini təşkil edən xueylər yaşayır. Bundan başqa, hökumət Yunyan vilayətindəki üç məscidi bağlayıb, bütünlükdə ölkədə isə ərəb yazısı qadağan olunub.
Müsəlmanları düşərgələrə göndərir, onları övladlarından ayırır və öldürürlər. İyun ayında Çin hökuməti müsəlman uyğur əsirlərin işgəncələrə məruz qalması barədə məlumatları təkzib edib. Ölkənin xarici işlər naziri isə deyib ki, səhvən “təhsil və peşə hazırlığı mərkəzlərini” “əsir düşərgələri” adlandırırlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 249}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22