fim.az

Qadın bağda qolunu qaşıdı, ayaqları kəsildi — Tibdə olay

1-10-2019, 09:43

Qadın bağda qolunu qaşıdı, ayaqları kəsildi — Tibdə olay

Həyətindəki bağçada işləyərkən qadın hansısa həşəratın qolunu sancmasından sonra uzun müddət dərisini qaşıyıb. Bundan sonra qızdırma, qrip əlamətləri başlayıb, vəziyyətinin ağırlaşdığını görüb xəstəxanaya gedib. Burda isə həkimlər onda dəhşətli diaqnoz taparaq, süni komaya salıblar.
Medicina.az bildirir ki, Britaniyada baş verən bu hadisədə 63 yaşlı qadın az qala o dünyalıq olacaqdı.

Syuzanda həkimlər nekrotik fassit - birləşdirici toxuma və dərialtı küceyrələrin streptokok infeksiyası ilə zədələnməsi diaqnozu qoyur.
Qadın həmin anları belə xatırlayır: Mənim sanki daxilimdə hər şey şişmişdi, nəfəs ala bilmirdi, ağzımda dilim böyümüşdü. Həkimlər boğazıma boru taxdılar. Huşum gah itir, gah qayıdırdı.
Komadan güclə çıxarılan qadının üzərində 60 əməliyyat icra olunub, onun hər iki ayağı və əllərinin barmaq falanqaları kəsilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 27}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22