fim.az

Ruhani Ermənistanda - Foto

1-10-2019, 13:30

Ruhani Ermənistanda - Foto

İran Prezidenti Həsən Ruhani Yerevanda Ali Avrasiya İttifaqı Şurasının (AAİŞ) genişləndirilmiş iclasında iştirak etmək üçün Ermənistana səfər edib.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, o, səfər çərçivəsində Ermənistan Baş Naziri Nikol Paşinyanla görüşüb.

Qeyd olunur ki, bu, Ruhaninin Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra ölkəyə ilk səfəridir.

Tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər. Eləcə də, Fars Körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 34}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22