fim.az

Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir

6-12-2019, 12:01

Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir


Fransada keçirilən kütləvi etiraz aksiyalarında 450 min nəfərdən çox insan iştirak edir.
Onların 250 min nəfəri paytaxt Parisdə keçirilən yürüşə toplaşıb.

Etiraz aksiyaları təqaüd sistemində həyata keçiriləcək islahatlara qarşı təşkil edilib. Aksiyalar zamanı bir sıra şəhərlərdə etirazçılarla polislər arasında toqquşmalar baş verib.
Ölkədə nəqliyyat vasitələrinin fəaliyyəti 10 faiz nisbətində olub, məktəblərdə dərslərin yalnız 40 faizi keçirilib. İşə çıxmayanlar arasında təhsil, tibb, nəqliyyat işçiləri və digər peşə sahibləri, istər ictimai, istərsə də özəl sektorda çalışanlar var. Gün ərzində paytaxtın əksər musey və tarixi abidələri, habelə Eyfel qülləsi, Orsey muzeyi, Zəfər Tağı bağlı olub.

Etiraz aksiyaları dekabrın 9-dək davam edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 303}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22