fim.az

“Survivor”un qalibi olmuş məşhur idmançı atasını məhkəməyə verd — FOTO + VİDEO

24-12-2019, 09:16

“Survivor”un qalibi olmuş məşhur idmançı atasını məhkəməyə verd — FOTO + VİDEO


“Survivor” yarışmasının qalibi, kikboksçu Avatar Atakan atasını məhkəməyə verib.
"Ölkə.Az" xəbər verir ki, kikboksçu atasını onu təhdid etdiyi üçün prokurorluğa şikayət edib.

“İki sayfa” verilişinə açıqlama verən Atakan atasını bağışlamayacağını bildirib:
“Onu həyatım boyunca bağışlamayacağam. Bu haqda ətraflı danışmaq istəmirəm. Bütün deyilməli sözləri şikayətimdə yazmışam.

Ümumiyyətlə, bir atanın övladı üçün etməməli olduğu şeylər yaşandı. Maddiyatla bağlı səsləndirilən fikirlər doğru deyil. Amma təhdid edilməyim doğrudur. Elə şeylər var ki, onları bağışlamaq mümkün deyil. Ona görə də prokurorluğa müraciət etmək məcburiyyətində qaldım”.

Qeyd edək ki, Avatar Atakan 2016-ci ildə “Survivor” yarışmasının qalibi olub. (oxu.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 294}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22