fim.az

SON DƏQİQƏ: İrandan Ukrayna təyyarəsinin vurulmasına dair RƏSMİ AÇIQLAMA

10-01-2020, 13:44

SON DƏQİQƏ: İrandan Ukrayna təyyarəsinin vurulmasına dair RƏSMİ AÇIQLAMA


Ukrayna Hava Yollarına məxsus təyyarə raketlə vurulmayıb.

Bunu İran prezident Administrasiyasının mətbuat katibi Əli Rəbiyi açıqlayıb.

O, yazılı açıqlamasında bildirib ki, bu iddia ABŞ tərəfindən ortaya atılıb və hədəfdən yayındırmaq məqsədi daşıyır.

SON DƏQİQƏ: İrandan Ukrayna təyyarəsinin vurulmasına dair RƏSMİ AÇIQLAMA


Rəbiyi İran Mülki Aviasiya İdarəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına əsasən komissiya qurulduğunu, olayın şəffaf, diqqətli və sürətli şəkildə analiz edildiyini qeyd edib.

Əlaqədar ölkələrin mütəxəssislərinin iştirakı ilə qəzanın bütün istiqamətlərinin araşdırıldığını bildirən mətbuat katibi təyyarənin sahibi Ukrayna, istehsalçı şirkət “Boeing”, motor istehsalçısı Fransa və qəzada vətəndaşları ölən hər ölkənin təhqiqata daxil ola biləcəyini vurğulayıb.

“ABŞ tamamilə tanış olduğumuz əməliyyatın bir parçası olaraq Pentaqondan adını vermək istəməyən səlahiyyətli şəxsin ağzından təyyarəyə çırpılan 2 raketə görə qəzanın baş vermə xəbərini mətbuata sızdırdı. Bu iddianın gələcəkdə reallıqdan uzaq və yalan olduğu ortaya çıxacağı üçün kimsə məsuliyyəti üzərinə götürməyəcək”, – sözçü qeyd edib.

İran Mülki Aviasiya İdarəsi isə əllərində təyyarənin raketlə vurulmadığına dair dəlillər olduğunu açıqlayıb. Qəzaların Araşdırılması Komissiyasının sədri Həsən Rzayifər ISNA-ya açıqlamasında bu dəlilləri ictimaiyyətə təqdim etməyə hazır olduqlarını deyib.

Qeyd edək ki, Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava limanından Ukraynanın paytaxtı Kiyevə getmək üzrə havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi 8 yanvar tarixində qəzaya uğramış, içindəki 176 sərnişin və 9 ekipaj üzvünün hamısı həlak olmuşdu.


ABŞ mediasına açıqlama verən bir çox mütəxəssis təyyarənin raketlə vurulması ehtimalı üzərində dayanmışdı. Təyyarədə onlarla vətəndaşı həlak olan Kanada baş naziri Castin Trüdo kəşfiyyatın əlində təyyarənin raketlə vurulduğuna dair sübutlar olduğunu demişdi. Böyük Britaniya baş naziri Boris Conson da bənzər açıqlama vermiş, şəffaf istintaq tələb etmişdi.

ABŞ-ın “Nyu-York Tayms” dərgisi qəzanın raketə görə baş verdiyini göstərən görüntüləri bu gün üzə çıxarıb. (publika.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 302}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22