fim.az

Ərdoğan rus gəmilərinə qadağa qoyacaq – Sensasion iddia

24-02-2020, 14:00

Ərdoğan rus gəmilərinə qadağa qoyacaq – Sensasion iddia


Rusiyanın “Nezavisimaya qazeta” nəşri Türkiyə-Rusiya əlaqələri ilə bağlı inanılmaz iddia ilə çıxış edib.

Qəzetdə yayımlanan məqalədə Ankaranın İdlibdə gərginliyə, daha dəqiq desək, Rusiya ilə yaranan anlaşılmazlıqlara cavab olaraq İstanbul və Çanaqqala boğazlarından rus gəmilərnin keçidinə məhdudiyyət qoyacağı iddia edilib.

“Ankara Rusiya üçün boğazı bağlayacaq” başlıqlı məqalədə Ərdoğanın Rusiya planlarını dəstəkləməkdən imtina etdiyi vurğulanıb:

“Ankara Tu-154 təyyarəsi ve 2 Su-24M bombardmançı təyyarəsinin Türkiyə torpaqları üzərindən uçuşuna icazə vermədi. Rusiya ordusunun təyyarəsinə də qadağa qoyuldu. Təyyarə marşrutu dəyişərək Xəzər dənizi, İran və İraq üzərində uçuş etmək məcburiyyətində qaldı”.

Məqalədə həmçinin vurğulanır ki, ABŞ-ın təzyiqləri ilə İraqın da hava məkanını ruslara qapatması durumunda Rusiyanın Suriyadakı strateji bazaları olan Tartur və Hmeymim blokadada qalacaq. (axar.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 63}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22