fim.az

Çavuşoğludan Rus mediasına sərt ittiham — “Rusiya mediası Ərdoğana qarşı hörmətsizlik edib”

11-03-2020, 13:26

Çavuşoğludan Rus mediasına sərt ittiham — “Rusiya mediası Ərdoğana qarşı hörmətsizlik edib”


Son dövrlərdə dövlət nəzarəti altında olan rus mediasında Türkiyə əleyhinə təbliğat məzmunlu xəbərlərin artdığı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri zamanı bəzi təhrif edilmiş görüntülərin yayımlanması xatırladıldığı zaman Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu türk mediasında da bu qara təbliğatdan sevinənlərin olduğunu və bu insanları anlamadığını deyib.
Səfər zamanı Türkiyə Prezidenti Ərdoğanın qapıda gözlədildiyi iddialarının həqiqəti əks etdirmədiyinə və bunu ortaya atanların protokol qaydalarını bilmədiyinə işarə edən Çavuşoğlu: "Rusiya mediası hörmətsizlik edib. Rusiya dövlət başçısı Putin də Prezidentimizə "Sizə edilən hörmətsizlik mənə edilən hörmətsizlikdir" deyib.

Rus mediasının bunu şouya çevirməsi doğru bir addım deyil. Kremlin mətbuat katibi Dmitriy Peskov bunun onların mövqeyi olmadığını və mətbuatın səviyyəsinin aşağı olduğunu şəxsən söyləyib. Ancaq indi bir həqiqət var. Təyyarə vurulması hadisəsindən sonra da belə bir şey yaşadıq. Təəssüf ki, Rusiya mediasında da, Sputnik agentliyində də eyni şeyi görürük. Bəzən "Russia Today" bunu körükləyir. Ən kiçik bir fikir ayrılığı oduğu zaman dərhal qara təbliğat kampaniyası başladır. Biz belə edirikmi? Daha əvvəl təyyarə vurulması hadisəsindən sonra da çox ciddi qara təbliğat kampaniyası apardılar. Bundan sonra nə oldu? Hamısını yedilər, uddular", - deyə nazir bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 34}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22