fim.az

Kadırovdan korona çağırışı: Namaz qılın…

13-03-2020, 11:18

Kadırovdan korona çağırışı: Namaz qılın…


Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirusdan qorunmaqla bağlı insanlara məsləhətlər verib.

Kadırov bununla bağlı Teleqram kanalında yazıb.

“Əvvəla, kütləvi tədbirlərdə iştirak etməkdən çəkinməyə, uşaqları izdihamlı yerlərə aparmamağa, xarici səfərlərdən qəti şəkildə imtina etməyə çağırıram. Müsəlmanlara gündə 5 dəfə namaz qılmaq əmr olunub. Onlar ciddi şəkildə sağlamlıqlarının qayğısına qalmalıdır. Xüsusilə gigiyena qaydalarına, təmizliyə, səliqəyə önəm verməlidirlər”, – Kadırov bildirib.

O, respublika rəhbərliyinin hərtərəfli tədbirlər gördüyünü, Çeçenistanda koronavirusa yoluxma halının baş vermədiyini vurğulayıb. /Axar.az/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 13}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22