fim.az

Türkiyədə bütün əyləncə mərkəzləri sabahdan bağlanacaq

16-03-2020, 10:10

Türkiyədə bütün əyləncə mərkəzləri sabahdan bağlanacaq


Türkiyədə bütün əyləncə məkanları yerli vaxtla sabah saat 10:00-dan müvəqqti olaraq bağlanacaq.
APA xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin “Koronavirus tədbirləri” çərçivəsində etdiyi elanda bu barədə bildirilib.

Nazirlik elan edib ki, dünyada böyük təlaş yaradan və Ümumdünya Səhiyyə Təşkilatının pandemiya olaraq elan etdiyi koronavirus (COVID-19) infeksiyasının Türkiyədə yayılma təhlükəsinin qarşısını almaq üçün ölkənin 81 şəhər valiliyinə göstəriş verilib ki, gecə klubları, diskoteka, bar və pavilyonların fəaliyyəti dayandırılsın.

Nazirlikdən bildirilib ki, qərarın icrası valiliklər, bələdiyyələr, digər yerli dövlət qurumları və hüquq mühafizə orqanlarının nəzarətində olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 26}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22