fim.az

İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür — DƏHŞƏTLİ STATİSTİKA

19-03-2020, 14:44

İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür — DƏHŞƏTLİ STATİSTİKA


İranda bir saat ərzində 50 nəfər koronavirusa yoluxur.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur “Twitter” hesabında paylaşıb:

“İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür. Bir saatda təxminən 50 insan koronavirusa yoluxur”.

Cihanpur, vatandaşları Novruz bayramı günlərində səfər çıxamamalarını və bir-birini ziyarət etməmək barədə xəbərdarlıq edib.
Tehranda qadın həkim Şirin Ruhanipurd koronavirusdan dünyasını dəyişib. İranda koronavirusun yayıldığı gündən bəri virusa yoluxmadan 10 həkim və 4 tibb işçisi dünyasını dəyişib . İndiyədək İranda 1135 nəfər koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, İranda koronavirus fevralın 19-da Qum şəhərində aşkar edilib və oradan bütün ölkə ərazisinə yayılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 30}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22