fim.az

Türkiyədə 601 tibb işçisi koronavirusa yoluxub — 1 professor vəfat edib

2-04-2020, 14:23

Türkiyədə 601 tibb işçisi koronavirusa yoluxub — 1 professor vəfat edib


“Hörmətli professorumuz Cəmil Taşçıoğlunun vəfatı bizim üçün böyük bir itkidir. Çox gözəl bir insan idi. Vəzifəsini sona qədər ləyaqətlə yerinə yetirərək həyatını itiridi”.
APA xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bu gün koronavirusdan dünyasını dəyişən İstanbul Üniversitetinin Tibb fakültəsinin daxili xəstəliklər üzrə professoru Cəmil Taşçıoğlu barədə danışarkən deyib.

Həkimlərin fədakarlığını xüsusi qeyd edən nazir kövrələrək onlardan 601 nəfərinin yeni virusa yoluxduğunu vurğulayıb:

“Bütün məsuliyyət və ağır yük səhiyyə işçilərinin çiyinlərindədir. Onların cəfakeşliyi gözlərimiz önündədir. Onları qorumaq üçün hər cür tədbirlər görürük”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 332}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22