fim.az

Gərginlik: ABŞ və Rusiya qoşunları üz-üzə gəldi – VİDEO

4-06-2020, 15:03

Gərginlik: ABŞ və Rusiya qoşunları üz-üzə gəldi – VİDEO


Suriyanın Qamışlı qəsəbəsində ABŞ və Rusiya qoşunları arasında gərginlik yaşanıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiya ordusu Türkiyə sərhədinə yaxın ilk hərbi bazasını yaratmaq istəyir. Bununla bağlı rus komandirlərini daşıyan helikopter Qamışlıya yaxın Qəsr Dib kəndində bir məktəbə eniş edib.

İddia olunur ki, Rusiya məktəbi hərbi bazaya çevirmək istəyir və buraya 13 zirehli avtomobillə 30 hərbçi yerləşdirib.

Hərbi və logistika ləvazimatları daşıyan Rusiya konvoyu məktəbə doğru hərəkət etdiyi zaman ABŞ hərbçiləri onların qarşısını kəsərək geri göndərib.

Rus komandirlər və əsgərlərin isə məktəbi tərk etmədiyi deyilir.

Qeyd edək ki, Qamışlı qəsəbəsi YPG/PKK-nın nəzarəti altındadır. Burada ABŞ qoşunları da yerləşib. /axar.az/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 277}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22