fim.az

Yunan papaz: “Türklər olmasaydı, Ayasofya çoxdan çökərdi” – VİDEO

28-07-2020, 11:08

Yunan papaz: “Türklər olmasaydı, Ayasofya çoxdan çökərdi” – VİDEO


“Türklərin olduğu yerlər hər zaman daha yaxşıdır. Bizim üçün utanverici olsa da reallıq budur. Ayasofyanı qoruyan türklər olmasaydı, Ayasofya çoxdan çökərdi”.

“Anadolu”ya istinadla xəbər verir ki, bunu Yunanıstanın paytaxtı Afina yaxınlarında yerləşən Analipseos Kilisəsində keçirilən ayindən sonra çıxış edən papaz Evanqelos Papanikolaou deyib:

“Ayasofiya kimi böyük bir tikilini kim qoruyacaqdı? Türklər qorudu. Türklər Qrit adasında heç bir kilsəni bağlamadı. Amma Yunanıstanda Othonasın əmri ilə çox sayda manastır və kilsə bağlandı”.

“İnsanlar deyiblər ki, Latın serpuşu (dini baş örtüyü) yerinə türk sarığını (dini baş örtüyü) görməyi seçirik. Mənə qalsa heç biri görülməsin. Amma ikisindən birini seçmək məcburiyyətində qalsaydım türklərin sarığını seçərdim. Ayasofyaya turistlər uyğun olmayan libaslarda girirdilər. Bundan sonra ayaqqabısız, uzun qiyafədə və baş örtüyü ilə girəcəklər. Bu sayğı göstəricisi deyilmi? Bəlkə də bunu bir lənət olaraq deyil, bir düzəliş olaraq qəbul etməliyik”, – deyə Evanqelos Papanikolao bildirib. (publika.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 257}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22