fim.az

Trampa qarşı sui-qəsd? – Ağ Evdə silahlı şəxs vuruldu

11-08-2020, 10:25

Trampa qarşı sui-qəsd? – Ağ Evdə silahlı şəxs vuruldu


ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı keçirərkən anidən şəxsi mühafizəsi tərəfindən konfrans salonundan çıxarıldı.

Amerika mediası xəbər verir ki, Ağ Evin mühafizəçiləri prezidenti salondan çıxarsalar da, müxbirlərin buraxılmasına icazə verməyiblər. D. Tramp bir neçə dəqiqə sonra geri qayıdaraq və Ağ Evin binası yaxınlığında bir nəfərin vurulduğunu deyib. Təhlükəsizlik əməkdaşları tərəfindən vurulan şübhəlinin silahlı olduğunu qeyd edən prezident şəxsin xəstəxanaya göndərildiyini bildirib.

Xəstəxanaya yerləşdirilən şübhəlinin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. D. Tramp media nümayəndələrinə xüsusi xidmət orqanlarının araşdırma apardığını və hadisə ilə əlaqədar ətraflı açıqlama verəcəyini deyib.

Amerika prezidenti Ağ Evdə özünü güvəndə hiss etdiyini qeyd edərək, mətbuat konfransına davam edib. (modern.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 142}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331