fim.az

Milyonlarla insan öləcək — ŞOK PROQNOZ

11-08-2020, 12:32

Milyonlarla insan öləcək — ŞOK PROQNOZ


İstixana qazlarının atmosferə buraxılmasına məhdudiyyətlər tətbiq edilməsə qlobal istiləşmənin təsiri böyüyəcək və anomal istilik milyonlara insanın ölümünə səbəb olacaq.

Bu barədə Rusiya İqtisadi Tədqiqatlar Milli Bürosunun bir qrup tədqiqatçısının əldə etdiyi nəticədə göstərilib.

Mütəxəssislər, bir sıra ölkələrdə son illər ərzində anomal istilikdən ölüm hallarının sayını müəyyənləşdirib və gələcəkdə baş verə biləcək fəsadları müəyyən ediblər.


Atmosferə atılan istixana qazların miqdarı eyni qalacağı təqdirdə, istilik dalğaları dünyadakı hər 100 min insandan 73-nün ölümünə səbəb olacaq. Ən isti ölkələrdə bu rəqəm hər 100 minə 200-ə çata bilər.



Həddindən artıq isti hava ən təhlükəli təbiət hadisələrindən biridir. İnsan təkcə günvurmadan deyil, infarktdan və müxtəlif xəstəliklərin ağırlaşmasından ölə bilər.



Yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlər daha tez dünyasını dəyişirlər. İsti ölkələrdə havanın temperaturu 50 dərəcəyə qalxa bilər.Report


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 129}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331