fim.az

Almaniyada bir evdən 5 uşaq cəsədi tapıldı

4-09-2020, 10:37

Almaniyada bir evdən 5 uşaq cəsədi tapıldı


Almaniyanın Solingen şəhərindəki bir evdə 1 və 8 yaş arasında 5 uşaq cəsədi tapılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, müraciət əsasında bir ailənin qaldığı evə gedən polis 5 uşaq cəsədi ilə qarşılaşıb. Uşaqların 1, 2, 3, 6 və 8 yaşları olduğu bildirilib.

Məlumata görə, hadisədən əvvəl Düsseldorfda yaşayan uşaqların nənəsi polisə zəng edərək qızının 5 uşağını öldürdüyünü və başqa bir uşaqla intihar etmək üçün yola çıxdığını xəbər verib.

Qısa müddət sonra uşaqların anası Düsseldorfdakı “S 1” metro qatarı qarşısında özünü relslərə ataraq intihara cəhd edib və ağır yaralanıb. Qadının hazırda polis qoruması altında olduğu bildirilib.

Polis uşaqların necə öldürüldüyü barədə açıqlama verməyib.



Almaniyada bir evdən 5 uşaq cəsədi tapıldı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 572}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22