fim.az

Tramp koronavirusla bağlı təhlükəni öncədən bilirdi?

10-09-2020, 11:44

Tramp koronavirusla bağlı təhlükəni öncədən bilirdi?


“ABŞ Prezidenti Donald Tramp Amerikada pandemiya başlamazdan əvvəl koronavirusun təhlükəli olduğunu bilsə də bəyanatlarında bu təhlükəni kiçildib”.

“Qafqazinfo” “Washington Post” nəşrinə istinadən xəbər verir ki, bu fikirlər məşhur amerikalı jurnalist Bob Vudvordun yeni kitabında yer alıb.

Kitabda qeyd olunan məlumata görə, 7 fevralda Vudvordla söhbət zamanı Tramp virusun “ölümcül təhlükə” yaratdığını etiraf edərək koronavirusun adi qrip virusundan beş qat daha çox ölümcül olduğunu bildirib. Müəllif Trampın bu açıqlamalarının xalq arasında “virus yox olacaq” bəyanatları ilə tamamilə ziddiyyət təşkil etdiyini sözlərinə əlavə edib.

Bununla yanaşı Vudvord kitabında Trampı etibarını doğrultmayan və prezident kimi ən vacib vəzifələrinə laqeyd yanaşan bir şəxs kimi təsvir edib.

Vudvordun kitabı noyabrın 3-də ABŞ-da keçiriləcək seçkilərdən bir ay yarım əvvəl, 15 sentyabrda nəşr olunacaq. Kitab Trampın Vudvorda 2019-cu ilin dekabr və bu ilin iyul ayları arasında verdiyi 18 müsahibə əsasında yazılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 334}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22