fim.az

Belarusda etirazları dağıdan maskalıların kimliyini ortaya çıxardı - Video

25-09-2020, 10:51

Belarusda etirazları dağıdan maskalıların kimliyini ortaya çıxardı - Video


Belaruslu oyun dizayneri Andrey Maksimov “Youtube” kanalında təhlükəsizlik qüvvələrinə videomüraciət ünvanlayıb. O, videoda etirazları dağıdan maskalı hüquq-mühafizə orqanlarının əməkdaşlarının kimliyini müəyyənləşdirə bilən süni intellektin işini təsvir edib.

“Qafqazinfo” xəbər verir ki, videomüraciətdə Maksimov təhlükəsizlik işçilərini etirazçıları dağıtmaq əmrlərini yerinə yetirməməyə çağırıb və onların kimliyinin sonradan müəyyən edilə biləcəyini bildirib.

Videoda maskalı çevik polis üzvlərinin etirazçıları həbs etdiyi kadrlar yer alıb. Daha sonra isə alqoritm onların əsl üzlərini və şəxsi məlumatlarını ortaya çıxarıb.

Proqramçı “Getmək üçün son şansınız var” deyərək etirazların dağıdılmasında iştirak edən təhlükəsizlik əməkdaşlarını xəbərdar edib.

Xatırladaq ki, Belarusda sentyabrın 23-ü Aleksandr Lukaşenkonun qapalı andiçmə mərasimi baş tutub. Avropa İttifaqının 27 ölkəsi Lukaşenkonu legitim prezident olaraq tanımaqdan imtina edib və andiçmə mərasiminin Belarus xalqının iradəsinə zidd olduğunu bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 297}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22