fim.az

ABŞ və Rusiyadan da Ermənistana döyüşçülər gəlir

29-10-2020, 12:16

ABŞ və Rusiyadan da Ermənistana döyüşçülər gəlir


Ermənistanın muzdlu döyüşçülərdən istifadə etməsi ilə bağlı daha bir fakt aşkarlanıb.
Azvision.az xəbər verir ki, məşhur dağ xiçəkçisi olmuş Arsen Harutyunyan hazırda Qarabağdakı döyüşlərdə iştirak edir. Qış Olimpiya Oyunlarının iştirakçısı olan və uzun illərdir ABŞ-da yaşayan Arsen Amerikada məşhur məşqçilərdən sayılır. O, peşəkar dağ xizəkçiləri yetişdirir.

“Arsen müharibənin ilk günlərindən Ermənistana gəlib. O, 18-19 yaşlı əsgərlərə dəstək üçün cəbhəyə gedib. Təəssüf ki, Ermənistanda Arsen kimi idmançılara qiymət verilmədi... Amma ölkəsindən incimədi, ən ağır günlərimizdə Qarabağa gəldi. Arsenin belə jestindən nümunə götürərək bu günlərdə döyüşmək üçün ABŞ-dan, Rusiyadan və digər ölkələrdən xeyli sayda insan gəlib. Hazırda ölkəyə çox adamın qayıtmasını istərdik”, - deyə erməni mətbuatında yer alan məlumatda bildirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 120}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331