fim.az

Araik Moskvaya qaçdı: o, Bakıya təhvil verilir?

24-11-2020, 10:02

Araik Moskvaya qaçdı: o, Bakıya təhvil verilir?


Erməni separatçılarının “lideri” Araik Arutyunyan Bakı şəhərində ona qarşı cinayət işi qaldırıldıqdan sonra Azərbaycan ərazisindən (Qarabağ - red.) Rusiyaya qaçıb.
Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. 

İlkin məlumatlara görə, Arutyunyanın Moskvaya gizli səfərə getmək üçün başqa bir səbəbi var:

“Anna Akopyanın təsiri altında olan Nikol Paşinyan Arutyunyandan qurtulmaq və onun “yeri”nə Samvel Babayanı “təyin etmək” qərarına gəlib. Anna Akopyan-Samvel Babayan cütlüyünə qarşı gücsüz olduğunu anlayan Arutyunyan mümkün “istefası”nın qarşısını almaq üçün Rusiyaya qaçmağa tələsib”.

Hətta erməni mediası Ermənistan tərəfinin Arutyunyanı könüllü olaraq rəsmi Bakıya təhvil verə biləcəyi ehtimalını da istisna etməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 372}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22