fim.az

ABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb - FOTO

25-11-2020, 10:28

ABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb - FOTO


ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərindəki mərkəzi yollardan birində Minnesota Azərbaycan Assosiasiyasının (“Azerbaijani Association of Minnesota”) təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə üzərinə "Qarabağda ədalət, Azərbaycanda sülhdür" yazılmış lövhələr yerləşdirilib.
Report xəbər verir ki, lövhələr şəhərin mərkəzində, gediş-gəliş yolu olmaqla, "Minneapolis−Saint Paul" beynəlxalq hava limanının önündə quraşdırılıb.

Lövhələrdə Azərbaycan bayrağı, xəritəsi, Qarabağ atları və xarı bülbül gülü təsvir olunub və "Qarabağda ədalət Azərbaycanda sülhdür", "Qaçqınlar evlərinə qayıdır" şüarları yazılıb.

Xatırladaq ki, artıq bir neçə aydır ABŞ-ın bir çox böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdirilir.ABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb - FOTOABŞ-da Qarabağla bağlı lövhələr quraşdırılıb - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 290}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22