fim.az

Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - Foto

3-12-2020, 11:32

Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - Foto


Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan və Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Qarabağda hərbi əməliyyatlar zamanı həlak olan erməni hərbçisi Vrej Poqosyanın ailəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Akopyanın ailənin kədərini bölüşmək, dəstəyini ifadə etmək üçün etdiyi ziyarət zamanı göstərdiyi hörmətsizlik diqqət çəkib. Belə ki, ölən erməni əsgərin anası ağladığı anda onun yanında əyləşən Baş nazirin xanımının telefonla oynaması kadra düşüb.

Anna Akopyanın bu hərəkəti bir çox erməni sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb və müstəsna hörmətsizlik kimi qiymətləndirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 337}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22