fim.az

SON DƏQİQƏ! Ermənistan Qarabağda həlak olan hərbçilərinin sayını açıqladı – RƏQƏMLƏR ARTDI

12-12-2020, 10:26

SON DƏQİQƏ! Ermənistan Qarabağda həlak olan hərbçilərinin sayını açıqladı – RƏQƏMLƏR ARTDI


Ermənistan səhiyyə nazirliyi Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayı barədə yeni məlumatlar verib – 2 min 996 nəfər.
Bu barədə Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Armenpress” dövlət informasiya agentliyinə verdiyi məlumatda bildirib.

“Həlak olan 2 min 996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilib. Müharibə başlanandan indiyədək yaxınlardan 1816 DNT nümunəsi, həlak olanların cəsədlərindən – 993 DNT nümunəsi götürülüb. DNT əsasında cəsədlərin müəyyən edilməsi prosesi davam edir”.

Ermənistan tərəfinin məlumatına görə, hələlik həlak olanların hamısı hərbi idarənin müvafiq siyahısına daxil edilməyib. sputnik


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 341}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22