fim.az

Lukaşenkonun İsveçrəyə girişi qadağan edildi

14-12-2020, 11:19

Lukaşenkonun İsveçrəyə girişi qadağan edildi


İsveçrə Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, hökumət Lukaşenkonun mal varlıqlarının dondurulması, İsveçrəyə girişinə qadağa qoyulması barədə qərar verib.

Ölkə Avropa İttifaqının (Aİ) 6 noyabrda Belarus rəhbərinə qarşı sanksiya qərarına qatılıb.

“Aleksandr Lukaşenko daxil olmaqla 15 nəfərə maliyyə sanksiyaları və səyahət qadağaları qoyulub”, - deyə İsveçrə hökuməti açıqlamasında bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22