fim.az

Ağ Evdə yeni təyinatlar olub

23-12-2020, 10:03

Ağ Evdə yeni təyinatlar olub


ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Ağ Evin administrasiyasına yeni təyinatların olduğunu açıqlayıb.
Report xəbər verir ki, bu barədə siyasətçinin keçid komandasının saytında yayımlanan açıqlamada qeyd olunub. Bir neçə il Baydenin köməkçisi və məsləhətçisi işləyən Bryus Red Ağ Evin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Ağ Evin əməkdaşlarına isə rəhbərliyi Ron Klayn edəcək. Demokratın seçki kampaniya qərargahının əməkdaşı olan Elizabet Vilkins Klaynın baş məsləhətçisi olacaq.

Baydenin çıxışlarının hazırlanmasına cavabdehliyi Vinay Reddi daşıyacaq. Enn Flipik Ağ Evdəki inzibati məsələlərə nəzarət edəcək və Rayan Montoya planlaşdırma işlərindən məsul olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 285}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22