fim.az

İran İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib

28-12-2020, 09:59

İran İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib


İslam İnqilabı Keşikçiləri Korpusu öz ərazisindən İraqa qısamənzilli raketlər və pilotsuz təyyarələr göndərib.
 APA xəbər verir ki, bunu İran mənbələrinə istinadən Küveytin “Əl-Qabas” qəzeti xəbər verir.

Nəşrin məlumatına görə, İraqa ötürülən Ərəş raketləri İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinə aiddir və dəqiq idarə olunan qısa mənzilli raketlərdir.

Pilotsuz təyyarələrə gəldikdə isə, mənbələr bunun İranda istehsal edildiyini, İraqın cənub əyalətlərindəki xüsusi qorunan obyektlərə yerləşdirildiyini söyləyirlər.

Qəzetin yazdığına görə, raketlər İrana yaxın İraq silahlı qruplaşmalarına aid yerlərdə və düşərgələrdə yerləşdirilib.

Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun qarşıdakı bir neçə həftə içərisində yalnız İraqdakı deyil, bölgədəki bəzi digər ölkələrin hədəflərinə raket və insansız zərbələr endirə biləcəyini vurğulayıb.

Mənbələr bu hücumların ABŞ Prezidenti Donald Trampın vəzifəsindən getməsindən və yerinə Co Baydenin gəlməsindən sonra baş verə biləcəyini iddia edirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 190}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22