fim.az

Pandemiya ilə bağlı XOŞ XƏBƏR - ÜST bitəcəyi zamanı açıqladı

22-02-2021, 14:30

Pandemiya ilə bağlı XOŞ XƏBƏR - ÜST bitəcəyi zamanı açıqladı


Ən pis ssenari geridə qaldı. Koronavirus pandemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq.
Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Bölgə direktoru Hans Klüqe deyib.

Danimarkanın dövlət televiziyasına açıqlama verən ÜST rəsmisi 2021-ci ildə əvvəlki ilə nisbətən pandemiyanın daha çox nəzarətdə saxlanıla biləcəyi və idarəolunan vəziyyətə gələcəyini deyib: "Virus haqqında artıq çox şey bilirik. Onun mövcudiyyəti davam edəcək, amma məhdudiyyətlərə ehtiyac qalacağını düşünmürəm. Bu, yaxşı mesajdır".

Koronavirusun mutasiyaya uğramasını da şərh edən Klüqe bunun normal olduğunu və virusun yoluxduğu insana uyğunlaşmağa çalışdığını bildirib. Lakin yoluxuculuğun sürətini təşvişverici adlandırıb.

O, vaksinlərin əhəmiyyətini də vurğulayıb: "Mutant versiyalara qarşı yeni vaksinlər hazırlamağa ehtiyac görmürük. Vaksinasiya edilmiş şəxslər edilməmişlərlə birgə eyni məkanda olanda özlərinə diqqət yetirməlidirlər".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 68}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331