fim.az

Taliban Əfqanıstanı sürətlə ələ keçirir

5-07-2021, 09:45

Taliban Əfqanıstanı sürətlə ələ keçirir


"Taliban" hərəkatının döyüşçüləri son 24 saat ərzində Əfqanıstanın 13 rayonunu nəzarət altına alıb.
“Bu barədə Pakistan mətbuatı bildirib.

Qeyd edilir ki, bu, “taliban”çıların belə qısa vaxtda ələ keçirməyə müvəffəq olduğu rayonların maksimal miqdarıdır.

Xüsusi halda “taliblər” Badahşan əyalətində doqquz rayon və ölkənin şimal-şərqindəki Tahar əyalətində iki rayon, şərqdə bir rayon, Qəndəhar əyalətində daha bir rayon üzərində nəzarəti ələ keçiriblər.

KİV-in məlumatına görə, hal-hazırda “taliblər” ölkənin 370 rayonundan 110-a nəzarət edirlər.

Öz növbəsində Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, ötən gün ərzində ölkənin doqquz əyalətində döyüşlərin gedişatında 224 “talibançı” zərərsizləşdirilib. Nazirlik silahlılar tərəfindən tutulan rayonları geri qaytarmağa söz verib.

ABŞ və onların müttəfiqləri Əfqanıstandakı qoşunlarını bu ilin 11 sentyabrına qədər çıxarmalıdır.

Qoşunların çıxarılması prosesi "Taliban" hərəkatı qiyamçılarının Əfqanıstanda aktivləşməsi fonunda keçirilir. "Taliblər" maydan genişmiqyaslı hücum əməliyyatları keçirir və hökumət qüvvələrini tez-tez sıxışdırırlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 320}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22