fim.az

Yaxın Şərq və Şimali Afrikada koronavirusun dördüncü dalğası başlayıb

30-07-2021, 13:39

Yaxın Şərq və Şimali Afrikada koronavirusun dördüncü dalğası başlayıb


Koronavirusun "Delta" ştammı Yaxın Şərqdə və Şimali Afrikada yoluxma sayında artıma səbəb oldu. Dünyanın bu hissəsində koronavirusun dördüncü dalğası müşahidə olunur.
Bu barədə qərb KİV-ləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi Regional Bürosuna istinadən məlumat yayıb.

Büron direktoru Əhməd əl-Mandxari bildirib ki, xəstəxanaya yerləşdirilən yeni xəstələrinin çoxu peyvənd edilməmiş insanlardır: "Hazırda bölgədə COVID-19-un dördüncü dalğasının şahidiyik".

"Delta" ştammı indi Mərakeşdən Pakistana qədər bölgənin 22 ölkəsində 15-də qeydə alınıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 247}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22